Pakistanda II Elizabetin ölümü ilə bağlı ümummilli matəm elan edildi
11
sen
2022
18:13
Pakistanın İnformasiya və Yayım naziri Məryəm Auranqzeb Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar sentyabrın 12-də ölkədə ümummilli matəm elan edildiyini açıqlayıb.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, müvafiq qərarı baş nazir Şahbaz Şərif təsdiq edib.
Matəm çərçivəsində bütün ölkədə dövlət bayraqları yarıya qədər endiriləcək.
Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib.
Oxşar xəbərlər
İngiltərədə 10 günlük matəm başladı
Xəbər verdiyimiz kimi, dünən İngiltərədə ən uzun müddət hakimiyyətdə olan monarx Kraliça II Elizabet dünyasını dəyişdi. BAKU.WS xəbər verir ki, İngiltərə krali...