Pakistan XİN-dən humanitar atəşkəslə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət inkişafdır. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlərə əməl olunacaq”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan XİN mətbuat xidməti məlumat yayıb.
“Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır. Bu məsələdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək", - Pakistan XİN bildirib.
Oxşar xəbərlər
Hikmət Hacıyev “Russia Today Arabic”ə müsahibə verib - VİDEO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic”...