Pakistan Prezidenti: "Həmişə Azərbaycanın haqq işində onun yanında olmuşuq və bundan sonra da belə olacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb".
BAKU.WS xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Pakistan Prezidenti bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb:
"Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq".
Oxşar xəbərlər
Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb. Milli Məclisin Mətbuat və...