Pakistan parlamentinin sədri Azərbaycana başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar ölkəmizə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə Pakistan parlamentinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğramasından dərindən kədərləndim. Azərbaycan Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına bu əvəzedilməz itki ilə bağlı səmimi başsağlığı verirəm. Yas tutan ailələrə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik. Pakistan hökuməti və xalqı bu kədərli günlərdə Azərbaycanın yanındadır", - spikerin bəyanatında vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...