Paata Patiaşvili: Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir
26
iyn
2024
19:31
Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir. Çünki bizim dərin dostluq və strateji əməkdaşlığımız var.
"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili bildirib.
Nazir müavini bu əməkdaşlığın xüsusilə hərbi sahədə çox yüksək səviyyədə olduğunu deyib:
"Həm Azərbaycanla ikitərəfli, həm də Türkiyə ilə üçtərəfli formatda səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığımız tək bizim ölkələrimiz üçün deyil, ümumilikdə regionda sülh və sabitliyin bərqərar olunmasında mühüm əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...