Özcan Denizin marşı oxumamağı ETİRAZLARA SƏBƏB OLDU - VİDEO

Oktyabrın 28-də Kiprdə səhnəyə çıxan müğənni Özcan Deniz konsertində Türkiyə Cumhuriyyətinin 100 illiyi münsibətilə marş oxumamsı etirazlara səbəb olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, məkanda olan tamaşaçılar çəngəl-qaşıqla masalara vuraraq Özcana etiraz ediblər.
İfaçı mahnını oxumamasının səbəbini təşkilatı ilə aralarında yaranan fikir ayrılığı ilə əlaqələndirib:
"Oktyabrın 28-də olduğum səhnədə Cumhuriyyətimizin 100-cü il dönümünü qeyd etməməyimlə bağlı yayılan xəbərlər cəfəngiyyat və yalandır.
Oktyabrın 30-da çəkilişlərim başlayır deyə bu konserti yenə də təxirə salmadım. Ömrümdə bir daha Cumhuriyyətimizin 100 illiyini yaşamayacam. Konsertdən bəzi kadrlar yayımlanmayıb. Lakin orada bəzi tamaşaçılar mənim 100 illiyi qeyd etdiyim kadrları çəkmişdi. Marşı oxumamağım isə təşkilatçı ilə aramızda yaranan problemlə bağlı oldu".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
