Özbəkistanda toyda döyülən gəlin nişanlısını bağışladı - VIDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistandan olan gənc cütlüyün şəxsi həyatının təfərrüatları məlum olub.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Sosial şəbəkələrdə toy yarışmasında məğlub olan bəyin gəlini döydüyü video yayılıb.
Daha sonra Özbəkistan Baş Prokurorluğu bəyin Özbəkistan Respublikası İnzibati Xətalar Məcəlləsinin 183-cü maddəsi (xırda xuliqanlıq) ilə məsuliyyətə cəlb edildiyini bildirib.
Hadisədən sonra ata və ananın, bəylə gəlinin qohumlarının və rayonun məsul şəxslərinin iştirakı ilə məsləhətləşmələrin aparıldığı məlum olub. Yenicə qurulan ailə başçısı etdiyi əmələ görə peşman olduğunu bildirib və gənc həyat yoldaşından bağışlanmasını istəyib. Nəticədə gəlin bəyi bağışlayıb.
Onların hazırda birlikdə yaşadığı bildirilir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...