Özbəkistanda prezident seçkiləri başa çatıb

Özbəkistanda prezident seçkiləri başa çatıb
Siyasət 69

İyulun 9-da Özbəkistanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb.

BAKU.WS xəbər verir ki, 10 min 784 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.

Səsvermə Bakı vaxtı ilə saat 20:00-dək davam edib.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik Partiyasından namizəd Uluğbek İnoyatov, Ekologiya Partiyasından namizəd Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya Partiyasından namizədi Roba Mahmudova mübarizə aparıblar.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Bundan əlavə, yeni düzəlişlərə əsasən Özbəkistan sosial dövlət elan olunur və ölkədə ölüm hökmü ləğv edilir.

Son xəbərlər