Özbəkistan səfiri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir”.
BAKU.WS xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov “Region plus” jurnalına müsahibəsində deyib.
Səfirin sözlərinə görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginlik Özbəkistanda dərin narahatlığa səbəb olub.
Diplomat qeyd edib ki, Özbəkistan MDB məkanında mübahisəli məsələlərin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə, qarşılıqlı etimad və mehriban qonşuluq şəraitində həllinin vacibliyini dəstəkləyir.
B. Əşrəfxanov beynəlxalq təşkilatlarda Özbəkistan və Azərbaycan arasında sıx əməkdaşlığın olduğunu vurğulayıb: “Biz müxtəlif məsələlər və problemlərlə bağlı birmənalı olaraq və qətiyyətlə bir-birimizi dəstəkləyirik”.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə ve...