Övladı dağıntılar altında qalan ana: “Qızıma mənzil yox, məzar almışammış” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş bölgəsindəki Hayrullah məhəlləsində Şeyma Şimşək adlı gənc qadın 2 gün əvvəl köçdüyü binada acı talehlə üzləşib.
BAKU.WS xəbər verir ki, anası Nalan Şimşək tərəfindən hədiyyə olunan evdə yaşamaq nəsib olmayan gənc qadın dağıntılar altında qalıb.
Qızının özəl bankda işlədiyini deyən Nalan Şimşək ona ev deyil, məzar aldığını bildirib:
“Ona evi 3 gün əvvəl almışam. İki gün əvvəl köçdü. Zəlzələdən əvvəl mənə zəng edib evi göstərdi. Mənə də yataq dəsti aldığını deyərək sürpriz etmək istəyirdi. Duş qəbul edib yatmağa hazırlaşacağını söylədi. Qızıma mənzil yox, məzar almışammış”.
Oxşar xəbərlər
Xilasedicilərimiz Türkiyədə dağıntılar altında qalmış 6 nəfərin meyitini çıxarıb
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-...