Övladı bir həftə əvvəl ölən NARKOMAN ANA: "Elə bilirdim yatıb" - VİDEO

Övladı bir həftə əvvəl ölən NARKOMAN ANA: Elə bilirdim yatıb - VİDEO
Video
Siyasət 272

Türkiyənin Adana şəhərində tükürpədici hadisə yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iki aylıq körpə vəfat edib. O, bir həftə evdə tək qalaraq, aclıqdan və susuzluqdan dünyasını dəyişib.

Körpənin anası Ayşegül Talayın narkoman olduğu müəyyənləşdirilib.

O, övladını bir həftə əvvəl çimizdirdiyini deyib. Körpənin o vaxtdan bu günə qədər oyanmamağının səbəbini isə onun yatması ilə əlaqələndirib:

“Körpəmin öldüyünü bilmirdim. Bir həftə əvvəl onu atası ilə birlikdə çimizdirdik. Ondan sonra oyanmadı. Bir həftədir yatdığını zənn edirəm”.

Baş verənləri polisə danışan Ayşegül Talay əri ilə birlikdə mütəmadi olaraq narkotik maddə qəbul etdiklərini etiraf edib. Daha sonra qadın həbs edilib. Onun əri Suat Talay isə axtarışa verilib.

Son xəbərlər