Ov tüfəngi ilə "Starbucks"a hücum etdi - FOTO/VİDEO

Ov tüfəngi ilə Starbucksa hücum etdi - FOTO/VİDEO
Video
Siyasət 2

Türkiyənin Adana şəhərində silahlı insident yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə məşhur qəhvə restoranları şəbəkəsi olan "Starbucks"da baş verib.

Naməlum şəxs qəfildən restorana hücum edib. O "Burada fələstinli uşaqların qanı axıdılır" deyərək əlindəki ov tüfəngi ilə ətrafa atəş açmağa başlayıb.

Kafedəki müştərilər ayaqyoluna və digər yerlərə sığınaraq güllədən qorunmağa çalışıblar. Hadisə yerinə ərazi üzrə polis idarəsinin əməkdaşları cəlb edilib.

Polis həmin şəxsi tutaraq həbs edib. İçəridəki müştərilər isə təxliyə edilib.

Son xəbərlər