Orhan Gencebayın arvadından İlon Maska: "Yanlış xəbər yayanları tapın!" - VİDEO

Orhan Gencebayın arvadından İlon Maska: Yanlış xəbər yayanları tapın! - VİDEO
Video
Siyasət 158

Bir neçə gündür Türkiyə mətbuatında müğənni Orhan Gencebayın vəfat etməsi ilə bağlı xəbərlər yayılıb. Bu məlumatlardan sonra sənətçi açıqlama verərək səhhətinin yaxşı olduğunu bildirdi.

BAKU.WS xəbər verir ki, müğənnin həyat yoldaşı Sevim Emre "2.sayfa" verilişinə canlı bağlanaraq belə xəbər yayanları məhkəməyə verəcəklərini deyib:

"Mən sizin kanalınız vasitəsilə tvitterin sahibi İlon Maska səslənirəm: Yanlış xəbər yayanları tapın! Hamısını məhkəməyə verib təzminat tələb edəcəyik. Belə bir xəbər yaydıqları üçün onları peşman edəcəm. Allah Orhanı övladlarına bağışlasın. Pis insanlara nifrət edirəm".

Son xəbərlər