Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb. Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.
Tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanması üçün ümumi tutumu 1000 ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanması üçün isə ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzaqının saxlanması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.
Bundan əlavə ərazidə quru ərzaqların saxlanması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq saxlanc binası inşa edilib.
Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...