Ordumuzun cənub sərhədindəki təlimləri güneyli soydaşlarımızın sevincinə səbəb olub - FOTO
Azərbaycan Müdafiə Nazirliyinin İranla sərhəddə hərbi təlimlərə başlaması ilə bağlı yayılan xəbər Güney azərbaycanlılar tərəfindən alqışlanıb.
BAKU.WS azad İran teleqram kanalına istinadən xəbər verir ki, Təbrizin "Azərəncümən" xəbər saytında Azərbaycan Müdafiə Nazirliyinin hərbi təlimlərin keçirilməsi haqda məlumatı yayılıb.
"Bu təlim xüsusi təyinatlıların komandanı, general-leytenant Hikmət Mirzəyevin komandanlığı altında keçirilir. Hərbi hissələr kazarmadan çıxdıqdan sonra ölkənin cənub sərhədinə yaxın ərazilərə göndərilib", - deyə Təbriz saytı Azərbaycan MN-nin məlumatını dərc edib.
Xəbərin şərh bölümündə yüzlərlə güney azərbaycanlı Azərbaycan və fars dillərində yorum yazaraq, bunu alqışlayıb, Azərbaycan Ordusuna uğur diləyiblər.
Güneyli sosial media istifadəçiləri "SEPAH-ın Araz qırağında keçirdiyi təlimlərə tutarlı cavabdır", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azərbaycana canlar fəda", "yaşasın Azərbaycan əsgəri" və başqa bu kimi şərhlər yazıblar.
Oxşar xəbərlər
Molla rejiminin özünüifşası, Tehranın erməni sevdası, Çadrasız İran... - ŞƏRH
“İran İslam Respublikası” adlanan ölkə nəinki İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın tələblərinə, hətta öz konstitusiyasına be...