İordaniyada koronavirus xəstəxanasında oksigen kəsildi - Ölənlər var
13
mar
2021
18:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İordaniyanın Əs-Salt şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada oksigen verilişi kəsildiyi üçün 6 nəfər həlak olub.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri bildirib.
Onun sözlərinə görə, hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.
Qeyd edək ki, bu günədək İordaniyada 465 mindən çox şəxs koronavirusa yoluxub, 5 mindən çox xəstə həyatını itirib.
Oxşar xəbərlər
Dünyada bir gündə koronavirusdan 6,5 mindən çox insan öldü
Dünyada bir gün ərzində koronavirusa 83 mindən çox insan yoluxub. BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlum...