Omskda neft emalı zavodunda güclü partlayış - Yanğın başlayıb - VİDEO

Omskda neft emalı zavodunda güclü partlayış - Yanğın başlayıb - VİDEO
Video
Siyasət 42

Rusiya Federasiyasının Omsk neft emalı zavodunda partlayış baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat yayıb.

Bildirilib ki, AVT-11 qurğusu partlayıb və hazırda orada genişmiqyaslı yanğın davam edir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sakinlərin dediyinə görə, yanğından əvvəl güclü partlayış səsi eşidilib, evlərin pəncərələri silkələnib.

“Baza” teleqram kanalının məlumatına görə, yanğının sahəsi 1000 kvadratmetrdir. O da qeyd edilir ki, iki nəfər yaralanıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

Son xəbərlər