Ölümcül koronavirusla bağlı daha bir SARSIDICI XƏBƏR - VİDEO

Ölümcül koronavirusla bağlı daha bir SARSIDICI XƏBƏR - VİDEO
Video
Siyasət 11053

Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusla bağlı açıqlama verən həkimlər şiddətli şəkildə cəzalandırılırlar.

BAKU.WS xəbər verir ki, dünyanı sarsıdan bu informasiyanı məşhur “New York Times” qəzeti yayıb. Yazılanlara görə, Çin hökuməti virus və ona yoluxanlarla bağlı məlumatları yayan həkimləri susdurmaq üçün təzyiqlərə başlayıb.

Qəzetə danışan doktor Li Venliang bildirib ki, virusla bağlı sosial şəbəkələrdə paylaşım edib və bundan sonra təzyiqlərə məruz qalıb.

“Mən sosial şəbəkələrdə yazdım ki, 2002-ci ildə yayılmış SARS qorxunc virusu yenidən dirçəlib. Təhlükə qapıdadır”.

Bundan sonra məni polisə çağırdılar və bir daha bu barədə yazmamağı tapşırdılar. Hətta mənə bununla bağlı bir kağıza qol da çəkdirdilər”, - deyə Li Venliang bildirib.

Həkim eyni zamanda bildirib ki, hökumət tərəfindən digər həkim və tibb işçiləri də təzyiqlərə məruz qalıblar. Onlara ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 14 min 411 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.

Xatırladaq ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

Son xəbərlər