Öldürülüb dərəyə atılan rus model və qızı ilə bağlı kampaniya başladıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət öncə Türkiyədə, Muğlanın Bodrum rayonunda qətlə yetirilən rus ana və qızı (İrina Dvizova (42) və onun 15 yaşlı qızı Dayana Dvizovaya) ilə bağlı yardım kampaniyasına başlanılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qohumları tərəfindən qəbul olunmayan cənazələrin Rusiyaya göndərilməsi üçün vəfat edənlərin dostları tərəfindən sosial şəbəkədə maddi dəstək kampaniyası aparılır.
Belə ki, Muğla Ədliyyə Tibb Qurumunda rus ana və qızının cəsədlərinin yarılma prosesi tamamlanıb. İrina Dvizovanın dostları paylaşımlarında onun çox mehriban və ağıllı insan olduğunu, onu çox sevdiklərini bildirərək, ana və qızı Rusiyaya aparmaq üçün dəstək istəyiblər.
Qalereya
Oxşar xəbərlər
Bodrumda rus model və qızının öldürülməsinin TƏFƏRRÜATI - FOTO
Ötən gün Türkiyədə, Muğlanın Bodrum rayonunda cəsədləri çarşaflara bükülmüş halda tapılan rus ana və qızının qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. BA...