Oğurladığı telefonu bəyənməyən cibgir onu geri qaytararkən ələ keçdi - VİDEO

Oğurladığı telefonu bəyənməyən cibgir onu geri qaytararkən ələ keçdi - VİDEO
Video
Siyasət 2

İstanbulda cibgir avtobusa minən qadının cibindən mobil telefonunu oğurlayıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Beşiktaş rayonunda qeydə alınıb.

Belə ki, oğru telefonu bəyənməyərək qadına qaytarmaq istədikdə, onu təqib edən polis tərəfindən cinayət başında yaxalanıb.

Saxlanılan şəxs polis bölməsinə aparılıb və ifadəsi alınıb.

Həmin şəxsin həbsxanadan icazə ilə çıxdığı və 37 oxşar cinayət törətdiyi məlum olub.

Görüntüləri təqdim edirik:

Son xəbərlər