Nyu-Yorkda Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında üçtərəfli görüş olub - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə bu görüş üçün təşəkkür edirəm. Mən son toqquşma zamanı həlak olanların doğmalarına və dostlarına səmimi başsağlığı verirəm.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdən sonra bildirib.
Blinken daha sonra qeyd edib: “Hər iki liderlə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığımda onlar sülh üçün hazır olduqlarını bəyan ediblər.
Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var”.
***16:59
Azərbaycan, Ermənistan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...