Norveç XİN Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsində delimitasiya razılaşmasını alqışlayıb
Norveç Azərbaycan-Ermənistan münasibətlərində regiona fayda verəcək sürətli irəliləyişləri gözləyir.
BAKU.WS xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Peterssonun "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
“Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”, - paylaşımda qeyd edilir.
Norway 🇳🇴 welcomes the encouraging news on progress in the work towards border delimitation between Armenia 🇦🇲 and Azerbaijan 🇦🇿. We hope to see speedy further progress in this important work, aiming for results which will benefit both countries and the wider region.
— Eivind Vad Petersson (@EivindVP) April 21, 2024
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...