Nöqsanlara yol verən İcra hakimiyyətləri - SİYAHI
19
apr
2019
11:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan icra hakimiyyətlərini və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Palatanın hesabatına əsasən, bunlar Gədəbəy, Bərdə, Baləkən və Ağstafa rayon icra hakimiyyətləridir. Məlumata görə, 2018-ci ildə büdcə qanunvericiliyini Gədəbəy RİH üç və Bərdə RİH altı dəfə pozub. Əsaslı qoyuluşlar üzrə Gədəbəydə dörd, Bərdədə dörd, Balakəndə iki, Ağstafada isə dörd nöqsan aşkarlanıb. Ötən il dövlət satınalmaları ilə bağlı Gədəbəydə iki, Balakəndə altı, Ağstafada üç nöqsan qeydə alınıb. Bundan başqa, Bərdə rayon İcra Hakimiyyətində vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki, mühasibat uçotu və hesabatlılıqla bağlı altı nöqsan aşkarlanıb.
Oxşar xəbərlər
Bərdədə iki azyaşlını küçəyə atan qadın barədə cinayət işi başlanıldı
Bərdə rayonunda iki azyaşlı uşağın küçəyə atılması ilə bağlı cinayət işi başlanılıb.Trend-in əldə etdiyi məlumata görə, Qazaxın Kəmərli kənd sakini, 1984-cü il...