Nobel sülh mükafatı sahibi Muhammed Yunus müvəqqəti prezident təyin olunub

Nobel sülh mükafatı sahibi Muhammed Yunus müvəqqəti prezident təyin olunub
Siyasət 51

Banqladeşdə Nobel sülh mükafatı sahibi Muhammed Yunus müvəqqəti prezident təyin olunub.

BAKU.WS TRT haber-ə istinadən xəbər verir ki, Banqladeşdə hökumət əleyhinə etirazların ardından Baş nazir Şeyx Hasinanın ölkəni tərk etməsindən sonra qurulan keçid hökumətinin başına Nobel Sülh Mükafatı sahibi Muhammed Yunus təyin edilib.

Dhaka Tribune qəzetinin məlumatına görə, Prezident Muhammed Şahabuddin ilə Tələbə Ayrımçılığına Qarşı Hərəkat rəhbərləri arasında keçirilən toplantının nəticəsində Yunusun bu vəzifəyə seçildiyi təsdiqlənib. Keçid hökumətinin digər üzvləri isə müxtəlif siyasi partiyalarla keçirilən məsləhətləşmələrin ardından müəyyən ediləcək.

Tələbə etirazları 1971-ci ildəki Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət işlərində kvota ayrılması qərarına qarşı başlamışdı. Ali Məhkəmənin kvota məhdudiyyətlərini azaltmasından sonra etirazlar sona çatmışdı, amma zorakılıq hadisələri davam etmişdi. Baş nazir Şeyx Hasinanın Hindistana getməsindən sonra keçid hökumətinin yaradılacağı açıqlanmışdı.

Qeyd edək ki, Yunus, Grameen Bankının qurucusu olaraq tanınır və 2006-cı ildən Nobel Sülh Mükafatı almışdır.

Son xəbərlər