Nizami Səfərov: 102 saylı Samux-Şəmkir seçki dairəsindən ən iddialı namizəd - FOTO/VİDEO

Nizami Səfərov: 102 saylı Samux-Şəmkir seçki dairəsindən ən iddialı namizəd - FOTO/VİDEO
Video
Siyasət 825

9 fevral 2020-ci ildə Azərbaycanda ölkənin Milli Məclisinə növbədənkənar seçki keçiriləcək.

102 saylı Samux-Şəmkir seçki dairəsindən diqqətimizi Yeni Azərbaycan Partiyasından namizədliyini irəli sürmüş Səfərov Nizami Abdulla oğlu çəkdi.

Səfərov Nizami 1960-cı il noyabrın 30-da Bakı şəhərində doğulub. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini “fərqlənmə” diplomu ilə bitirib. 1985-1988-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasını bitirərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb. 2005-2007-ci illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO - Universitet) doktoranturasını bitirərək, hüquq elmləri doktoru elmi dərəcəsini alıb.

İngilis, rus və türk dillərini bilir. Ailəlidir.

N.Səfərov müxtəlif illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq kadrlarını təkmilləşdirmə institutunda prorektor, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Konstitusiya qanunvericiliyi şöbəsində müdir müavini vəzifələrində çalışıb.

1998-ci ildə o, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı il tarixli 1531 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və dövlət başçısının 22 iyun 2016-cı il tarixli 2131 nömrəli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

N.Səfərovun monoqrafiyalarından ibarət “Avropa orderi yeganədir” (Европейский ордер единственное) adlı kitabı 2018-ci ildə Moskvada çap olunub.

Dünyanın məşhur iki nəşrinin əməkdaşlığı ilə Almaniyada dərc olunan kitabda N.Səfərovun işlərinə istinad edilib.

Ötən ilin martında M.V.Lomonosov adına Moskva Dövlət Universitetində terrorçuluq problemi mövzusunda mühazirə ilə çıxış edib.

Almaniyada çap olunan “Roma Əsasnaməsi və Daxili Hüquq Ordaları” (The Rome Statute and Domestic Legal Ordes) toplusundakı məqalələrdən birinin müəllifidir.

Müxtəlif dövrlərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində beynəlxalq hüquq fənnini tədris edib. 2003-cü ildən hazıradək Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO-UNİVERSİTET) və O.E Kutafın adına Moskva Dövlət Hüquq Universitetinin beynəlxalq hüquq fənni üzrə üzrə dəvət olunmuş mühazirəçisidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarının anım mərasimində çıxış edib.

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalının redaksiya heyətinin üzvüdür.

Beynəlxalq Cinayət Məhkəməsinin problemləri üzrə Roma tədqiqat qrupunun üzvü, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Terrorçuluqla mübarizə problemi üzrə xüsusi məruzəçisidir.

Müasir beynəlxalq hüquq problemlərinə həsr olunmuş 100-dən artıq elmi məqalələri müxtəlif xarici elmi jurnallarda nəşr olunub, beş elmi monoqrafiya müəllifidir.

Son xəbərlər