Nikol Paşinyan İlham Əliyevlə görüşü şərh etdi: "Ümid edirəm ki, dialoqumuzu davam etdirəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən Əbu-Dabi görüşündən razıyam, görüşü müsbət qiymətləndirirəm, amma istəməzdim ki, biz onun əhəmiyyətini həddindən artıq yüksəldək və ya azaldaq".
BAKU.WS Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü şərh edərkən deyib.
Paşinyanın qeyd etdiyinə görə, ilk dəfə idi ki, hər iki tərəf əvvəlcədən öz aralarında müzakirələr aparıb və müəyyən yerdə görüşmək qərarına gəlib.
"Əbu-Dabidə müsbət nəticələrə gətirib çıxara biləcək pozitiv söhbət oldu. Nəticələr barədə indidən danışmağı uyğun hesab etmirəm. Görüşdə fikirlər səsləndi və məlum oldu ki, onların bəzilərinə hər iki tərəf müsbət yanaşıb. Ümid edirəm ki, bu formatda dialoqumuzu davam etdirəcəyik - Əbu-Dabidə və ya başqa bir yerdə", - deyə Paşinyan əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...