Netanyahu Almaniya, Ukrayna, İtaliya və Britaniyanın liderləri ilə danışıb

Netanyahu Almaniya, Ukrayna, İtaliya və Britaniyanın liderləri ilə danışıb
Siyasət 0

İsrailin Baş naziri Binyamin Netanyahunun almaniyalı, italiyalı və britaniyalı həmkarları Olaf Şolts, Corcia Meloni və Rişi Sunak, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı olub.

BAKU.WS-in TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.

"Bütün liderlər İsrailin lazım gəldikdə özünü müdafiə etmək hüququnu birmənalı dəstəklədiklərini bildiriblər", - mətbuat Xidməti diqqətə çatdırıb.

Son xəbərlər