Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub
Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan İbrahimov kollektivə təqdim olunub.
BAKU.WS xəbər verir ki, təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
E.İbrahimov ona göstərilən etimada görə minnətdarlıq edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlarla Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxşar xəbərlər
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin me...