Ned Prays: “Cənubi Qafqaz regionu üçün təhlükəsiz gələcəyin təşviqinə sadiqik”
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz Cənubi Qafqaz regionunda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təmin edilməsinə sadiqliyimizi davam etdiririk”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında Ermənistan-Azərbaycan məsələsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təmin edilməsi üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlar və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdiririk”, - deyə Prays qeyd edib.
Dövlət Departamenti sözçüsü bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.
“Bildiyiniz kimi, bir neçə dəfə dövlət katibinin özü tərəfdaşları, Azərbaycan və Ermənistandan olan həmkarlarını bir araya toplamaq imkanı əldə edib. Biz bunu bir dəfə burada, Vaşinqtonda, keçən ilin sonunda “Blair House”da təşkil etdik. Biz bunu növbəti dəfə Nyu-Yorkda, sentyabrda BMT Baş Assambleyası çərçivəsində etdik. Biz yaxşı perspektivlərə malik olduğuna inandığımız işləri davam etdirəcəyik. Təbii ki, biz istəyirik tərəflər özləri irəliləyiş əldə etsinlər”, - deyə Ned Prays əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan bayrağı Nyu-Yorkun məşhur küçəsində ucaldılıb - FOTO
18 oktyabr - Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə ölkəmizin bayrağı ABŞ-ın Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlər...