Nebahat Çehre: "4 serial təklifini rədd etdim" - FOTO
Səhhətində yaşadığı problemlərdən sonra məşhur aktrisa Nebahat Çehre ilk dəfə görüntülənib.
BAKU.WS xəbər verir ki, o, İstanbulun Nişantaşı səmitində kameralara tuş gəlib. Aktrisa ayaqüstü jurnalistlərin suallarını cavablandırıb.
Çehre qeyd edib ki, 4 serial təklifini rədd edib:
"Ötən mövsüm dörd serialda çəkilmək təklifini rədd etdim.
Fərqli bir obraz gözləyirəm. Aktyor formalaşdırılmamalı, açılmalıdır. Gözlədiklərimi yerinə yetirsələr, istəyirəm, darıxdım ekranlar üçün...".
Xatırladaq ki, mayda aktrisanın ürəyinə stend qoyulmuşdu. Nebahat iki gün əvvəl barədə açıqlama yayaraq səhhətinin yaxşı olduğunu bildirib.
Oxşar xəbərlər
Nebahat Çehrenin son vəziyyəti açıqlandı - FOTO
Bir müddət əvvəl səhhətində problemlər olan məşhur aktrisa Nebahat Çehredən xəbər var. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ürəyinə stend qoyulan ak...