Nazirlər Kabineti avtomobil yollarının adlandırılması ilə bağlı qərar verib

Nazirlər Kabineti avtomobil yollarının adlandırılması ilə bağlı qərar verib
Siyasət 59

Nazirlər Kabineti “Avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 1 iyun 2004-cü il, “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 5 dekabr 2012-ci il və “Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”in təsdiq edilməsi barədə” 13 oktyabr 2014-cü il tarixli qərarlarında dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, yeni avtomobil yolunun və yaxud adsız avtomobil yolunun adlandırılması barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət edildiyi hallarda, ad verən aidiyyəti yerli icra hakimiyyəti orqanı (şəhər rayonu icra hakimiyyəti orqanı istisna olmaqla) 21 iş günü müddətində Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada avtomobil yolunu adlandırır və 3 iş günü müddətində Dövlət Xidmətini bu barədə məlumatlandırır.

Oxşar xəbərlər

Prezident bu şəxsləri əfv etdi  - SƏRƏNCAM

Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...

9860 Siyasət 16:02 18 mart 2021

Son xəbərlər