Nazirdən nöqsanlarına görə işdən azad edilən rəislə bağlı YENİ ƏMR
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarında nöqsanlarına görə işdən azad edilən rəislə bağlı yeni təyinat olub.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Nazirin əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin işdən azad edilən rəisi, polis mayoru Aqşin Əhmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat müvəkkili təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi. Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...