Nazir Uraloğlu İstanbul kanalı üçün nöqtəni qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Türkiyənin iki nazirinin İstanbul Kanalı layihəsi ilə bağlı bir-birinə zidd açıqlamaları ölkə mediasında geniş müzakirələrə səbəb olub.
Belə ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin rəhbəri Murat Kurum layihənin hazırda gündəmdə olmadığını və mövzu üzərindən süni polemikaların yaradılmasının düzgün olmadığını qeyd edib.
Digər tərəfdən, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihədən imtina edilmədiyini, uyğun maliyyə imkanları yarandıqda mütləq həyata keçiriləcəyini bildirib. O, layihənin zəruriliyini və ictimai rəylərin nəzərə alındığını vurğulayıb.
Bu ziddiyyətli açıqlamalar ictimaiyyətdə çaşqınlıq yaradıb və layihənin taleyi ilə bağlı suallar doğurub.
"Haber Global" bununla bağlı süjet hazırlayıb.
Həmin süjeti təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə h...