Nazir: "Türkiyə, Rusiya, İran və Suriya liderləri arasında dördtərəfli görüş keçirilə bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu günlərdə Moskvada Rusiya, İran və Suriyadan olan həmkarlarımızla dörtərəfli müzakirə keçirdik”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində deyib.
O söyləyib ki, Türkiyənin prioriteti sərhədlərin təhlükəsizliyidir: “Bizim istəklərimiz qeyri-leqal deyil. Biz Moskvada bütün qonşularımızın suverenliyinə hörmət etdiyimizi bildirdik. Həmçinin dedik ki, Türkiyədəki suriyalıların sayı artıq kifayət qədərdir. Yəni daha çox suriyalını ölkəmizdə qonaq etməyə imkanımız yoxdur”.
Nazir vurğulayıb ki, gələcəkdə atılacaq addımlar sayəsində müəyyən nəticələr əldə oluna bilər: “Cənab Prezident Rəcəb Tayyib Ərdoğan müntəzəm olaraq rusiyalı, iranlı həmkarları ilə danışır, bu məsələləri müzakirə edir. Gələcəkdə liderlər səviyyəsində də dördtərəfli görüş keçirilə bilər".
Oxşar xəbərlər
Sabah Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri görüşəcək
Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək. BAKU.WS "Anadolu Ajans"a is...