Nazir: Rusiya-Ukrayna müharibəsi Azərbaycanla iqtisadi münasibətlərə mənfi təsir göstərib

Üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi Azərbaycan-Ukrayna iqtisadi münasibətlərinə mənfi təsir göstərib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
"2025-ci ilin fevral ayında iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib və bunun mütəmadi davam etdirilməsi önəmlidir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda BMT, GUAM, ATƏT kimi təşkilatlar xüsusi yer tutur. Təəssüf ki, üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi iqtisadi münasibətlərimizə mənfi təsir göstərib", - o qeyd edib.
C.Bayramov vurğulayıb ki, nəticədə 2021-ci ildə 1 milyard dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 600 milyon, 2023-cü ildə 350 milyon, 2024-cü ildə 30 faiz artımla 460 milyon dollar olub.
Oxşar xəbərlər
Rusiya və Ukrayna arasında əsir mübadiləsi başa çatdı
Rusiya və Ukrayna arasında əsir mübadiləsi başa çatdı. BAKU.WS xəbər verir ki, Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən sülh danışıqları zamanı razılaşd...
