Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək
Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq məsələsi gündəmə gətiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva D-8 Gənclər Dialoqunun açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2020-ci ildən etibarən Azərbaycanda gənclər siyasəti yeni mərhələyə keçib:
"2026-cı ildən etibarən, gənclərin peşəkar iştirakçılığı məsələsini gündəmə gətirməyi düşünürük. Bu o deməkdir ki, onların yüksək texnologiyalar, kommunikasiya sahəsində iştirakı ön plana çıxarılacaq. Beynəlxalq tədbirlərdə gənclərin iştirakı müntəzəm təmin ediləcək. Əsas məqsədimiz gənclər siyasətinin daha da genişləndirilməsi və regionlarda yaşayan gənclərin bu işlərə cəlb edilməsidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb. BAKU.WS xəbər verir ki, Çolpon-Ata şəhərinin İ...