Nazir müavini: COP29 təcrübəsini qazanan təşkilatlarla danışıqlar aparırıq
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyası (COP29) maliyyə məsələləri ilə bağlı olacaq. COP28-un məqəsədi vəsaitin toplanması idisə, COP29 maliyyələşməmin yolunu həll etməyə çalışacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycanın baş icraçı direktoru Elnur Soltanov “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun IV panel müzakirəsində deyib.
O vurğulayıb ki, vətəndaş cəmiyyəti, dövlət, bazar güclərinin düzgün qiymətləndirmək lazımdır: "Biz COP29 təcrübəsini qazanan təşkilatlarla danışıqlar aparırıq. Ev sahibi olaraq biz təklifləri dinləyəcəyik və prosesi idarə etməyə çalışacağıq".
Oxşar xəbərlər
COP29 Azərbaycanın iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq - AÇIQLAMA
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçir...