Nazir icra başçısının polkovnik oğlunu işdən çıxardı

Nazir icra başçısının polkovnik oğlunu işdən çıxardı
Siyasət 1605

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi rəis müavinini vəzifəsindən azad edib.

BAKU.WS “qaynarinfo”ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşov işdən azad olunub.

Onun hələlik hansı quruma təyinat alması barədə məlumat yoxdur.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

Son xəbərlər