Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib
03
iyn
2025
18:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb. Sərəncama əsasən, Rahid Zahid oğlu Ələkbərli MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rahid Ələkbərli 2023-cü il oktyabrın 31-də Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilmişdi.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...