Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sistemi tətbiq ediləcək
Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması çərçivəsində "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı təlimlərə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, yeni sistem gediş haqlarının bank kartları və xüsusi nəqliyyat kartları vasitəsilə ödənilməsinə imkan yaradaraq ödəniş prosesini daha rahat, operativ və şəffaf edəcək.
Layihənin uğurla həyata keçirilməsi məqsədilə avtobus sürücüləri və aidiyyəti əməkdaşlar üçün xüsusi təlimlər təşkil olunur. Təlimlər zamanı ödəniş terminallarından düzgün istifadə qaydaları, sərnişinlərə xidmət standartları, eləcə də yeni sistemin texniki və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verilir.
İlkin mərhələdə nəqliyyat kartlarının satışı və kart balansının artırılması şirkətin şəhər ərazisində fəaliyyət göstərən bütün poçt şöbələrində həyata keçiriləcək. Gələcək mərhələlərdə isə bu xidmət şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşada keçiriləcək Birinci görüşünün iştirakçıları iyunun 29-...