Naxçıvanda yeni qurum yaradıldı - FƏRMAN

19
sen
2019
19:50
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında Fərman imzalayıb.BAKU.WS-in məlumatına görə, fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.Həmçinin fərmanla “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təsdiq olunub.Ali Məclisin Sədri Vasif Talıbovun müvafiq fərmanı ilə Fondun müşahidə şurasının üzvləri təsdiq olunub:1. Hüseynli Ülvi Mötəbər oğlu-Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri2. Sultanova Mehriban Paşa qızı - “Şərq qapısı” qəzetinin baş redaktoru3. Əliyev Rauf Feyzulla oğlu - “Şərq qapısı” qəzeti baş redaktorunun müavini4. Canbaxşıyev Səməd Canbağış oğlu - Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru5. Qənbərov Qafar Tahar oğlu - “Nuh yurdu” qəzetinin redaktoru
Oxşar xəbərlər
Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.BAKU.WS “oxu.az”a istinadən xəbər...
