Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.
BAKU.WS “Nuhçixan”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunun əməkdaşları və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndələri də xatirə kompleksini ziyarət ediblər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...