Naxçıvanda deputatların maaşı artırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqları artırılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məsələyə Ali Məclisin bu gün keçirilən sessiyasında baxılıb.
Ali Məclisin sədri Vasif Talıbov deyib ki, son dövrlərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı və əməkhaqlarının mərhələlərlə bir neçə dəfə artması bu məsələyə də baxılmasını zəruri edib.
Bütün bunlar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılması ilə bağlı qərar layihəsi hazırlanıb.
Qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...