Naxçıvanda brend mağazalar bağlanır - Mallar dəyər-dəyməzinə satılır - VİDEO

Naxçıvanda brend mağazalar bağlanır - Mallar dəyər-dəyməzinə satılır - VİDEO
Video
Siyasət 2001

Naxçıvanda “Nəqşicahan” holqinqə məxsus olan bir sıra obyektlərin bağlanacağı elan olunub.

Bu barədə Baku TV-də məlumat verilib.

Qeyd edilib ki, holdinqə məxsus ticarət obyektlərində mallar dəyər-dəyməzinə satışa çıxarılıb.

“Naxçıvan əhalisi Prezident İlham Əliyev tərəfindən xüsusi nümayəndənin təyin olunması xəbərini müsbət qarşılayıb və onlar artıq öz fikirlərini deməkdən çəkinmirlər”.

Bu barədə hazırda Naxçıvanda olan Baku TV-nin əməkdaşı Tural Müseyibov məlumat verib.

O qeyd edib ki, Vasif Talıbovun özünə və ailəsinə məxsus olan “Nəqşicahan” holdinqin tərkibində olan bütün obyektlərin bağlanacağı xəbəri və həmin obyektlərdə tətbiq edilən endirimlər əhalinin marağına səbəb olub:

“Mağazalarda inanılmaz endirimlər var. 300-400 manatdan yuxarı qiymətə satılan mallar, hazırda 70-100 manata təcili olaraq satışa qoyulub. İnsanlar monopoliyanın və onların fəaliyyətinə mane olan qadağaların aradan qaldırılacağını ümid edərək yeniliklər gözləyirlər”.

Son xəbərlər