Naxçıvan Televiziyasına yeni sədr müavini təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Televiziyasına yeni sədr müavini təyinatı olub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov İlhamə Tofiq qızı Novruzovanın “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, ölkənin bir sıra aparıcı media qurumlarında işləyən İlhamə Novruzova bu təyinatdan əvvəl “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Xəbərlər departamentinin direktoru vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...