Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantılarda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılır.
Praktiki məşqlərdə taktiki-sıra və sıra hazırlığının təşkili, hazırlanması və keçirilməsi metodikası nümayiş etdirilir.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığı və mənəvi-psixoloji hazırlıqdan müxtəlif mövzularda mühazirələr oxunur.
Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi toplantılar davam edir.
Qalereya
Oxşar xəbərlər
Ordumuzun tabor komandirlərinin toplantısı keçirilir – FOTO
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki topla...