NATO-nun nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib - FOTO

NATO-nun nümayəndə heyəti N hərbi hissəsini ziyarət edib - FOTO
Foto
Siyasət 55

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sonra hərbi hissənin silahlanmasında olan döyüş vasitələri ilə tanış olan nümayəndə heyətinə onların taktiki-texniki göstəriciləri haqqında ətraflı məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Son xəbərlər