NATO-nun Baş katibi: "Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Əsas mesajımız ondan ibarətdir ki, münaqişənin həlli üçün siyasi prosesə ehtiyac var".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün baş tutan NATO ölkələrinin XİN başçılarının virtual konfransından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağla bağlı verilən suala cavabında deyib.
"Biz döyüşün və şiddətin qarşısını almalıyıq. Əlbəttə ki, biz Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Bu, bizim əsas mesajımızdır. Azərbaycan və Ermənistan, hər iki ölkə NATO-nun partnyorlarıdır, lakin bildiyiniz kimi, NATO bu münaqişənin bir hissəsi, tərəfi deyil”, - Yens Stoltenberq əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...