NATO Azərbaycan səfirliyinə hücumu pisləyib - FOTO

NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.
BAKU.WS xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.
“NATO dünən Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanların ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk”, - o bildirilib.
#NATO condemns yesterday’s attack on the Embassy of Azerbaijan in Iran, which left one embassy staff dead and two others injured. Acts of violence against diplomatic missions are unacceptable. Condolences to the family of the victims and to @AzerbaijanMFA
— Javier Colomina (@JavierColominaP) January 28, 2023
Oxşar xəbərlər
ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu pisləyib - FOTO
ATƏT sədri Buyar Osmani Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu qəti şəkildə pisləyib. BAKU.WS xəbər verir ki, Buyar Osmani bu barədə şəxsi tvitt...