ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu pisləyib - FOTO

ATƏT sədri Buyar Osmani Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu qəti şəkildə pisləyib.
BAKU.WS xəbər verir ki, Buyar Osmani bu barədə şəxsi tvitter hesabında yazıb.
O, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb.
“Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - ATƏT sədri qeyd edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terrorçu Azərbaycan Səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Sergey Lavrov azərbaycanlı həmkarına başsağlığı verib - YENİLƏNİB
27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Rusiya Federasiyasının xaric...
